2017-11-02
Cari ilin 2 noyabr tarixində Azərbaycan Respublikasının Livan Respublikasındakı səfiri Ağasəlim Şükürov Livanın ən böyük xristian icması olan maronilərin dini lideri, patriarx Butros Rai ilə görüşmüşdür.

Görüş zamanı B.Raiyə Azərbaycanın müxtəlif mədəniyyətlərin kəsişdiyi və dini konfessiyaların nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadığı tolerant və dünyəvi dövlət olması, sivilazasiyalararası dialoq və dini tolerantlıq sahələrində beynəlxalq konfrans və forumlara evsahibliyi etməsi barədə məlumat verilmişdir.

Daha sonra B.Raiyə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycanda islam həmrəyliyi ili elan edildiyi və cari ilin 21 dekabr tarixində Bakıda dövlət başçısının patronajlığı və birbaşa iştirakı ilə islam həmrəyliyinə həsr olunmuş beynəlxalq dini konfransın keçiriləcəyi barədə məlumat verilmiş və həmin tədbirdə iştirakla bağlı Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri şeyxülislam Hacı Allahşükür Paşazadə tərəfindən ünvanlanmış dəvət məktubu təqdim edilmişdir.

Görüş zamanı, həmçinin, ölkəmizin Livanla əlaqələrin inkişaf etdirilməsinə böyük əhəmiyyət verdiyini bildirilərək, 2015-ci ildə iqamətgahı Beyrut şəhərində olmaqla, Azərbaycan Respublikasının Livandakı Səfirliyinin təsis olunduğunu, lakin Livan tərəfindən hələ də adekvat addım atılmadığı vurğulanmışdır

 

növbəti xəbər əvvəlki xəbər