2016-03-04
Azərbaycan Respublikasının Livan Respublikasındakı Səfiri Ağasəlim Şükürov Livan Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palataları Federasiyasının prezidenti Məhəmməd Şuqeyrlə görüşmüşdür.

Görüş zamanı Səfir Azərbaycanda iqtisadiyyatın mühüm sahələri, investisiya mühiti, həyata keçirilən neft-qaz sənayesi, Heydər Əliyev Fondu və Neft Fondunun fəaliyyətləri barədə məlumat vermişdir.

Səfir Azərbaycanda  bir çox perspektivli sahələr olduğunu, xarici dövlətlər və şirkətlər tərəfindən ölkəmizə nəhəng investisiyalar qoyulduğunu diqqətə çatdıraraq, Azərbaycan hökumətinin də enerji layihələrindən əldə etdiyi gəlirlərin bir hissəsini ölkə daxilində və xaricdə prioritet təşkil edən sahələrə sərmayə olaraq yatırdığını bildirmişdir.

Görüşdə Azərbaycanla Livan arasında iqtisadi və ticari sahələrdə qarşılıqlı-faydalı əlaqələrin  qurulması üçün Müştərək Biznes Şurasının yaradılması və birgə layihələrin həyata keçirilməsi perspektivləri müzakirə olunmuşdur.

 

növbəti xəbər əvvəlki xəbər

 

 
bakushop_1