2016-03-07
Azərbaycan Respublikasının Livan Respublikasındakı Səfiri Ağasəlim Şükürov Livan Respublikasının Kənd Təsərrüfatı Naziri Əkrəm Şehayeblə görüşmüşdür.

Görüş zamanı Səfir dünyada mövcud 11 iqlim qurşağından doqquzunun Azərbaycanda yerləşməsi sayəsində unikal təbiətə, zəngin flora və faunaya malik ölkəmizin nəhəng kənd təsərrüfatı potensialının olduğunu diqqətə çatdıraraq, Livanla  kənd təsərrüfatı sahəsində sıx əməkdaşlıq niyyətində olduğumuzu bildirmişdir.

Öz növbəsində Livanın inkişaf etmiş kənd təsərrüfatı haqqında məlumat verən Ə.Şehayeb Azərbaycanla kənd təsərrüfatı sektorunda əməkdaşlığın qurulmasında maraqlı olduqlarını bildirən Ə.Şehayeb yaxın vaxtlarda Livan tərəfi üçün maraq kəsb edən sahələrlə bağlı anlaşma memorandumu nümunəsinin baxılmaq üçün Azərbaycan tərəfinə təqdim ediləcəyini bəyan etmişdir.

 

növbəti xəbər əvvəlki xəbər

 

 
bakushop_1