2016-03-14
Azərbaycan Respublikasının Livan Respublikasındakı Səfiri Ağasəlim Şükürov Livan Respublikasının Mədəniyyət Naziri Reymond Arayci ilə görüşmüşdür.

Görüşdə Səfir Azərbaycanın zəngin mədəniyyəti, tarixi abidələri haqqında ətraflı məlumat verərək, müsəlman şərqində ilk parlamentli respublikanın, ilk opera, balet və teatrın Azərbaycanda yarandığını vurğulayaraq, hal-hazırda respublikamızın mədəniyyət, sivilazasiyalararası dialoq, dini tolerantlıq və digər humanitar sahələrdə mötəbər beynəlxalq konfrans və forumlara evsahibliyi etdiyini qeyd etmişdir.

Səfir, həmçinin, Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyeva barədə məlumat verərək, onun ölkəmizdə və dünyada xeyriyyəçi, humanist, mədəniyyətə, turizmə və idmana  qayğı ilə yanaşan, elm, təhsil və səhiyyə  sahələrində  respublikada  və beynəlxalq miqyasda  böyük  işlər görən bir şəxsiyyət kimi tanındığını bildirmiş, M.Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən dünyanın müxtəlif bölgələrində tarixi və dini abidələrin, o cümlədən məscid, kilsə və sinaqoqların təmir-bərpa işlərinin həyata keçirildiyini vurğulamışdır.

Öz növbəsində R.Arayci Livanın zəngin mədəniyyəti və tarixi abidələrindən bəhs edərək, ölkəsinin mədəni və humanitar tədbirlərin keçirilməsinə böyük önəm verdiyini bildirmiş və bu istiqamətdə əlaqələrin qurulması üçün ölkələrimizdə təşkil olunan müxtəlif mədəniyyət tədbirləri, sərgi, konfrans və simpoziumlarda qarşılıqlı iştirakın vacibliyini qeyd etmişdir.

növbəti xəbər əvvəlki xəbər