2016-03-15
Azərbaycan Respublikasının Livan Respublikasındakı Səfiri Ağasəlim Şükürov Livan Respublikasının Gənclər və İdman Naziri Abdul Muttalib Əl-Hennavi ilə görüşmüşdür.

Səfir Azərbaycanda gənclər və idman siyasətinin ölkə rəhbərliyi üçün prioritet önəm daşıdığını bəyan edərək, Azərbaycanın hər bir guşəsində, ən ucqar bölgələrdə belə olimpiya komleksləri, idman klubları və sağlamlıq mərkəzlərinin təsis olunduğunu, idmançılarımızın beynəlxalq yarış, çempionat və olimpiya oyunlarında yüksək göstəricilər əldə etdiyini, respublikamızın beynəlxalq idman yarışlarına evsahibliyi etdiyini bildirmişdir. Səfir tarixdə ilk dəfə Avropa Olimpiya Oyunlarının ötən il Azərbaycanda keçirilməsinin, habelə cari ildə Formula-1 üzrə Avropa Qran-Pri yarışlarının, 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının və 2020-ci ildə Futbol üzrə Avropa Çempionatının ölkəmizdə keçirilməsinin qərara alınmasının Azərbaycanın bu sahədə qazandığı uğurların bariz nümunəsi olduğunu vurğulamışdır. 

Livanın Azərbaycanla bir sıra sahələrdə, o cümlədən livanlı idmançıların azərbaycanlı məşqçilər tərəfindən hazırlanması sahəsində əməkdaşlıqda maraqlı olduğunu bildirən Ə. Əl-Hennavi bu istiqamətdə müvafiq anlaşma memorandumlarının imzalanmasının zəruriliyini qeyd etmişdir.

 

növbəti xəbər əvvəlki xəbər

 

 
bakushop_1