2016-07-19
Azərbaycan Respublikasının Livan Respublikasındakı Səfiri Ağasəlim Şükürov Livan Xarici işlər və mühacirlər nazirliyinin baş katibi Vəfiq Məhəmməd Ruheymi ilə görüşmüşdür.

Görüş zamanı qarşılıq prinsipinə uyğun olaraq, Livan Respublikasının Azərbaycan Respublikasında Səfirliyinin açılması məsələsi müzakirə olunmuşdur.

Bununla yanaşı, görüşdə dost və qardaş ölkələr olan Azərbaycan və Livan arasında siyasi əlaqələr və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunmuş, regionda gedən proseslər və qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılmışdır.

 

növbəti xəbər əvvəlki xəbər