2017-08-24
Cari ilin 24 avqust tarixində Azərbaycan Respublikasının Livan Respublikasındakı səfiri Ağasəlim Şükürov Livan parlamentinin sədri Nəbih Berri ilə görüşmüşdür.

Görüş zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlər, parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi, Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxlaması və Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycan hökumətinin beynəlxalq vasitəçilərin də iştirakı ilə apardığı danışıqlar və digər məsələlər barədə ətraflı müzakirələr aparılmışdır.

Görüş Livanın yerli KİV-i tərəfindən geniş şəkildə işıqlandırılmışdır

növbəti xəbər əvvəlki xəbər

 

 
bakushop_1