KONSULLUQ VƏ VİZA
Viza almaq üçün tələb olunan sənədlər
Diplomatik, xidməti və rəsmi pasportlara malik Bosniya və Herseqovina vətəndaşları Azərbaycana vizasız səyahət edə bilər və 30 günədək ölkəmizdə qala bilərlər.
Diplomatik, xidməti, rəsmi pasportlara, eləcədə ümumvətəndaş pasportlarına malik Azərbaycan vətəndaşları Bosniya və Herseqovinaya vizasız səyahət edə bilər və 90 günədək ölkədə qala bilərlər.
(Vizasız gediş-gəlişin nəzərdə tutulduğu ölkələrin siyahısı)
Azərbaycana səyahət üçün viza Azərbaycan Respublikasının Bosniya və Herseqovinadakı diplomatik nümayəndəliyinin Konsulluq şöbəsindən alınır (Džemala Bijedića 305, 71210 Ilidža, beirut
Bosnia and Herzegovina).
Konsulluq şöbəsinin iş vaxtı: Bazar ertəsi-Cümə günü saat 10:00-dan 13:00-dək.
Viza üçün lazım olan bütün sənədlər viza almaq istəyən şəxs tərəfindən təqdim edilməlidir. Viza almaq üçün müxtəlif səbəblərdən müraciət edə bilməyən şəxs etibarnamə verdiyi başqa bir şəxs vasitəsilə sənədlərini təqdim edə bilər. Viza zəruri olan bütün sənədlərin təqdim edildiyi gündən başlayaraq 5-10 iş günü müddətində verilir.
Vizanın növü |
Qalma müddəti |
Bosniya və Herseqovina vətəndaşları üçün dövlət rüsumunun məbləği |
Birdəfəlik giriş viza |
90 günədək |
20 ABŞ dolları |
Çoxdəfəlik giriş vizası |
180 günədək |
350 ABŞ dolları |
Bir girişli tranzit vizası |
5 günədək |
20 ABŞ dolları |
İki girişli tranzit vizası |
5 günədək |
40 ABŞ dolları |
Qeyd: Nümayəndəliyin Konsulluq şöbəsinin bank hesabına (Ziraat Bank) köçürülmüş viza rüsumunun vizanın verilib-verilməməsindən asılı olmayaraq geri qaytarılması mümkün deyil.
Digər ölkələrin vətəndaşları üçün dövlət rüsumu
Səfərin məqsədindən asılı olaraq maksimum qalma müddəti
|
|
Səfərin məqsədi |
Qalma müddəti |
rəsmi |
180 gün |
işgüzar |
180 gün |
təhsil |
90 gün |
əmək |
90 gün |
tibbi |
90 gün |
humanitar |
90 gün |
Şəxsi |
90 gün |
Mədəni |
60 gün |
idman |
60 gün |
turizm |
30 gü |
Viza almaq üçün Nümayəndəliyə aşağıdakı sənədlər təqdim edilməlidir:
İşgüzar, əmək, mədəni, idman, təhsil və humanitar məqsədli səfərlər
- Pasportun əsli və onun əsas səhifələrinin surəti (pasportun və ya digər sərhədkeçmə sənədinin etibarlılıq müddəti verilməsi nəzərdə tutulan viza müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır) ;
- Müvafiq qaydada doldurulumuş ərizə-anket EVİSA.MFA.GOV.AZ
- biometrik identifikasiya tələblərinə uyğun iki ədəd rəngli fotoşəkil
(3x4sm);
- nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəfin vəsatəti (vəsatət formasını yüklə);
- dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti (qeyri-dövlət təşkilatları üçün);
- Dəvət edən tərəfin dəvətin səbəbini göstərən imzalanmış və möhürlənmiş dəvət məktubu;
- tibbi sığorta şəhadətnaməsinin surəti (dəvət edən tərəf tibbi xidmətləri öz üzərinə götürmədikdə);
- viza verilməsi ucun dövlət rüsumunun ödənilməsi barədə sənəd
Rəsmi səfərlər
- əcnəbinin və vətəndaşlığı olmayan şəxsin təmsil etdiyi ölkənin və ya beynəlxalq təşkilatın rəsmi notası və ya Azərbaycan Respublikasının müvafiq qurumlarının vəsatəti;
- Pasportun əsli və onun əsas səhifələrinin surəti (pasportun və ya digər sərhədkeçmə sənədinin etibarlılıq müddəti verilməsi nəzərdə tutulan viza müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır) ;
- Müvafiq qaydada doldurulumuş ərizə-anket EVİSA.MFA.GOV.AZ ;
- biometrik identifikasiya tələblərinə uyğun iki ədəd rəngli fotoşəkil
(3x4sm);
- tibbi sığorta şəhadətnaməsinin surəti (dəvət edən tərəf tibbi xidmətləri öz üzərinə götürmədikdə)
Şəxsi səfərlər
- Şəxsi səfər vizası Azərbaycan Respublikası vətəndaşının, Azərbaycan Respublikasında daimi yaşayan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin, Azərbaycan Respublikasında müvəqqəti yaşamaq ucun icazəsi olan əməkçi miqrantın və ya təhsil alan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin (yalnız həmin əməkçi miqrantın və ya təhsil alan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin ailə üzvləri üçün) müvafiq icra hakimiyyəti orqanı tərəfindən rəsmiləşdirilmiş dəvətnaməsi;
- dəvət edən şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti;
- Pasportun əsli və onun əsas səhifələrinin surəti (pasportun və ya digər sərhədkeçmə sənədinin etibarlılıq müddəti verilməsi nəzərdə tutulan viza müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır) ;
- Müvafiq qaydada doldurulumuş ərizə-anket EVİSA.MFA.GOV.AZ ;
- biometrik identifikasiya tələblərinə uyğun iki ədəd rəngli fotoşəkil
(3x4sm);
- tibbi sığorta şəhadətnaməsinin surəti (dəvət edən tərəf tibbi xidmətləri öz üzərinə götürmədikdə)
- viza verilməsi ucun dövlət rüsumunun ödənilməsi barədə sənəd
Turizm məqsədli səfərlər
- turizm vauceri və ya turizm yollayışı, yaxud sərnişin bileti və mehmanxanada, kempinqdə, turist bazasında və ya digər bu kimi obyektlərdə yer sifariş edilməsini təsdiqləyən sənəd (otelin imzalanmış və möhürlənmiş məktubu);
- Pasportun əsli və onun əsas səhifələrinin surəti (pasportun və ya digər sərhədkeçmə sənədinin etibarlılıq müddəti verilməsi nəzərdə tutulan viza müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır) ;
- Müvafiq qaydada doldurulumuş ərizə-anket (EVİSA.MFA.GOV.AZ )