Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyriyoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin: 1. 2.5-1.1-ci bəndə “vətəndaşlarına” sözündən sonra “və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə” sözləri əlavə edilsin.
2. Aşağıdakı məzmunda 2.5-2-ci bənd əlavə edilsin: “2.5-2. 2021-ci il 21 iyun tarixindən hava nəqliyyatı vasitəsilə aşağıdakı ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına
2 giriş-çıxışına bu Qərarın 2.5-1.1-ci və 2.5-1.3-cü bəndlərinin tələbləri nəzərə alınmaqla icazə verilir:
2.5-2.1. Amerika Birləşmiş Ştatları;
2.5-2.2. Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı;
2.5-2.3. Macarıstan Respublikası;
2.5-2.4. İsrail Dövləti;
2.5-2.5. Birləşmiş Ərəb Əmirlikləri;
2.5-2.6. Bəhreyn Krallığı;
2.5-2.7. Qətər Krallığı.”.