2016-02-04

Cari ilin 4 fevral tarixində Azərbaycan Respublikasının Livan Respublikasındakı Səfiri Ağasəlim Şükürov Livanın Turizm Naziri Mişel Faraonla görüşmüşdür.

Görüş zamanı Səfir ölkəmizin turizm sahəsinə böyük investisiyalar qoyulması nəticəsində müasir tipli məşhur mehmanxanaların, istirahət mərkəzlərinin, beynəlxalq standartlara cavab verən yay-qış turizm mərkəzləri və sağlamlıq komplekslərinin tikilərək istifadəyə verildiyini diqqətə çatdırmışdır. Respublikamızın Livanla bütün sahələrdə, o cümlədən turizm sahəsində əlaqələrin qurulmasında maraqlı olduğunu qeyd edərək, bu istiqamətdə qarşılıqlı səfər mübadilələrinin, ölkələrimizdə təşkil olunan tədbirlərdə qarşılıqlı iştirakın əhəmiyyətini vurğulamışdır.

M.Faraon cari ilin 10-11 mart tarixlərində Azərbaycanda keçirilməsi nəzərdə tutulan və “Çoxqütblü dünyaya doğru” IV Qlobal Bakı Forumunda iştiraka dəvət aldığını qeyd edərək, sözügedən tədbirdə iştirak etmək niyyətində olduğunu açıqlamışdır.

Arxiv üzrə axtarış