2016-02-11

Cari ilin 11 fevral tarixində Azərbaycan Respublikasının Livan Respublikasındakı Səfiri Ağasəlim Şükürov Livan Respublikası Parlamentinin Sədri Nəbih Bərri ilə görüşmüşdür.

Görüş zamanı Səfir N.Bərrinin Azərbaycan Respublikasına rəsmi səfərə dəvət olunması ilə bağlı AR Milli Məclisinin Sədri O.Əsədov tərəfindən ona ünvanlanmış məktubu təqdim etmişdir.

Daha sonra Səfir Azərbaycan Respublikasının Livan Respublikası ilə  əlaqələrin inkişaf etdirilməsinə böyük əhəmiyyət verdiyini qeyd edərək, bu məqsədlə Azərbaycan Respublikasının Livan Respublikasında Səfirliyinin təsis olunduğunu diqqətə çatdırmış və yaxın gələcəkdə Livan Respublikasının Azərbaycanda Səfirliyinin təsis edilməsinin arzu olunduğunu bildirmişdir.   

N.Bərri Azərbaycan Respublikasının Livan Respublikasında Səfirliyinin təsis edilməsini yüksək qiymətləndirərək, bu addımın ölkələrimiz arasında münasibətlərin inkişafına təkan verəcəyindən əminliyini ifadə etmişdir.

Görüş zamanı N.Bərriyə Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın 20% ərazisinin işğal altında olması və 1 milyondan çox insanın qaçqın vəziyyətinə düşməsi və həmçinin tərəflər arasında ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar prosesi barədə məlumat verilmişdir.

 

Arxiv üzrə axtarış