Cari ilin 10 avqust tarixində Azərbaycan Respublikasının Livan Respublikasındakı səfiri Ağasəlim Şükürov Livan Respublikasının baş naziri Saadəddin Həriri ilə görüşmüşdür.
Hökumət sarayında keçirilmiş görüş zamanı ikitərəfli münasibətlər, iqtisadi məsələlər, ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması yolları,turizm sahəsində əlaqələrin genişləndirilməsi və müzakirə olunmuş və yüksək səviyyədə qarşılıqlı səfərlərin həyata keçirilməsinin vacibliyi vurğulanmışdır.
Səfir A.Şükürovbaş nazir S.Əl-Həririyə Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın 20% ərazisinin işğalaməruz qalması və 1 milyondan çox insanın qaçqın vəziyyətinə düşməsi barədə və tərəflər arasında ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar prosesi haqqındaətraflı məlumat vermişdir.