2017-08-04
Cari ilin 4 avqust tarixində səfir Ağasəlim Şükürov Livanın Bəqa vilayətində olmuşdur.
İşgüzar səfər zamanı, səfir vilayətin ticarət və sənaye palatasının təşkilatçılığı ilə Zəhlə şəhərində keçirilmiş “Bəqa istehsalı-2” sərgisində iştirak etmişdir.
Səfər çərçivəsində, həmçinin, bir sıra Livan şirkətlərinin rəhbərləri ilə görüşlər keçirilmiş, iki ölkə arasında ticarət dövriyyəsinin artırılması yolları və iqtisadi əlaqələrin gücləndirilməsi məsələləri müzakirə edilmişdir.