2017-11-09

Cari ilin 9 noyabr tarixində Azərbaycan Respublikasının Livan Respublikasındakı səfiri Ağasəlim Şükürov Livanın Respublikasının müftisi şeyx Əbdüllətif Dəryanla görüşmüşdür.

Görüş zamanı Ə.Dəryana Azərbaycanın müsəlman şərqində yaranmış ilk respublika olması, tolerant və dünyəvi dövlət olan respublikamızın mədəniyyətlərarası dialoq və dini dözümlülük sahələrində beynəlxalq konfrans və forumlara evsahibliyi etməsi barədə məlumat verilmişdir.

Öz növbəsində Ə.Dəryan Azərbaycanla Livanı müştərək dini-tarixi əlaqələrin birləşdirdiyini, qardaş ölkəmizin beynəlxalq arenada əldə etdiyi nailiyyətlərdən mətbuat vasitəsilə xəbər tutduğunu və buna çox sevindiyini bildirmişdir.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycanda islam həmrəyliyi ili elan edildiyi və cari ilin 21 dekabr tarixində Bakıda dövlət başçısının patronajlığı və birbaşa iştirakı ilə islam həmrəyliyinə həsr olunmuş beynəlxalq dini konfransın keçiriləcəyi diqqətə çatdırılmış və tədbirdə iştirak etmək üçün Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri şeyxülislam Hacı Allahşükür Paşazadə tərəfindən ünvanlanmış dəvət məktubu Ə.Dəryana təqdim edilmişdir.

Görüşün sonunda Ə.Dəryana Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və digər mövzularda təbliğat materialları təqdim olunmuşdur.

Arxiv üzrə axtarış