2017-12-20

Livanın maroni patriarxı kardinal Butros Rainin Azərbaycana səfəri

Cari ilin 20 dekabr tarixində Livanın ən böyük xristian məzhəbi olan maroni toplumunun lideri, Antakiya Maroni kilsəsinin 77-ci patriarxı Butros Rainin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin patronajlığı və iştirakı ilə keçirilən “2017- İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” adlı beynəlxalq konfransda iştirak etmək məqsədilə ölkəmizə iki günlük işgüzar səfər etmişdir. B.Rai konfrans çərçivəsində Azərbaycanın və digər ölkələrin dini rəhbərləri və Azərbaycanda yaşayan Livan diasporasının üzvləri ilə görüşmüşdür.

Arxiv üzrə axtarış